Bakı zooparkı 300 min manatlıq yem alır

 11:23 26.06.2020     660

Bakı Şəhər Heyvanat Parkı heyvanların yemlənməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi fiziki şəxs Süleyman Əziz oğlu Novruzovdur.

Qalib şəxsə 298,5 min manat ödəniləcək. //Report.az