ABŞ səfirliyi Azərbaycanı təbrik edib - Silahlı Qüvvələr Günü

 12:17 26.06.2020     599

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Redaktor.az-ın məlumatına görə, Səfirliyin "Facebook" səhifəsindəki paylaşımda yazılıb: “Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də, NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar. Birlikdə biz bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”.