Hindistandan 5 Azərbaycan vətəndaşı təxliyə edilib

 12:58 26.06.2020     1496

Hindistandan beş Azərbaycan vətəndaşı təxliyə edilib. 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, təxliyə edilən şəxslər Tbilisi hava limanında səfirlik əməkdaşları tərəfindən qarşılanıb və xüsusi avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə yola salınıblar.

Təxliyyə edilən vətəndaşlar sərhədi keçdikdən sonra TƏBİB-ə təhvil veriləcək və onlar karantinə alınacaqlar. //APA