Növbəti günlərdə Azərbaycanı nə gözləyir? - SƏRT KARANTİN, CƏRİMƏLƏR...

 13:14 26.06.2020     1846

"21-ci əsrin bəlasına çevrilmiş koronavirus artıq bütün dünyada kəskinləşmək üzrədir. Pandemiya ilə mübarizədə dünya birinci mərhələdə qalib gələ bilsə də, virus yenidən hücuma keçdi. Artıq yoluxanların sayı demək olar ki, bütün ölkələrdə yenidən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, bir gün ərzində dünya üzrə 183 min insan bu virus yoluxub, yarım milyona yaxın insan dünyasını dəyişib. Eyni zamanda Azərbaycanda da müəyyən yumşalmalar həyata keçdikdən sonra yoluxama faizi artmağa başlayıb".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Elman Nəsirov ölkədə koronavirusa yoluxanların sayının artması ilə bağlı danışarkən deyib. O bildirib ki, bəzi məsuliyyətsiz insanların sayəsində bu gün Azərbaycanda virusa yoluxanların sayı kəskin artıb:

“Hazırda Azərbaycanda azırda iki həftəlik sərt karantin rejimi tətbiq edilir. Eyni zamanda parlamentdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi və bu dəyişikliyə əsasən, karantin rejimini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxlər 200 manat dəyərində cərimə olunur. İstər sərt karantin rejiminin tətbiqi, istərsə də cərimələrin olması insanların həyatını qorumaq məqsədi daşıyır.

Ancaq təhlillər onu göstərir ki, hələ də bəzi insalarda məsuliyyət hissi lazımı səviyyədə deyil. Çox təəssüf ki, virusa barmaqarası baxanlar var.

Əvvələr bu insanların ilkin arqumentləri o idi ki, tanıdığım heç kəs koronavirusa yoluxmayıb. Ancaq indi hər kəsin tanışı, dostu, yaxınından kimsə bu virusa yoluxub. Hesab edirəm ki, bu halda məsuliyyətsiz insanların yanaşması dəyişməli idi. Ancaq görünür ki, onların düşüncəsəində heç bir dəyişiklik olmayıb”.

Millət vəkili bir çox ölkələrdə cərimələrin daha yüksək olduğunu bildirib:

“Müqayisə üçün deyə bilərəm ki, ABŞ-da qaydaları pozanlar ilkin olaraq 1000 dollardan artıq məbləqdə cərimə olunur. İkinci dəfə qayda pozularsa, bu məbləğ daha da artırılır. Həmçinin, qonşu Gürcüstanda karantin rejimi dövründə bizim pulla təxminən fiziki şəxslər 60-70 manat cərimə olunur. Sərt karantin dönəmində bu rəqəm bir neçə dəfə artırıldı. Orada bu pulu ödəməmək üçün məsiliyyətsiz insanlar belə qadağalara əməl edir.

Bu baxımdan Azərbaycanda yaranmış vəziyyət krantin qaydalarının daha da sərtləşməsini, cəriməlirin artırılmasını tələb edir.

Görünür ki,insanlar üçün qaydalar yumşaq, 50 manat cərimə isə çox azdır. Məhz vətəndaşların sağlamlığını, həyatını qorumaq məqsədi ilə sərt karantin müddətində cərimələr artırılmalıdır. Yəni 50 manat deyil, daha yüksək məbləğ tətbiq olunmalıdır ki, müəyyən məsuliyyətsiz insanlar heç olmasa pul itkisini  nəzərə alıb, karantin rejimin tələblərini pomasınlar”.

Mahir Ələkbərov / Redaktor.az