“Az-Granata” Azərbaycan xalqını təbrik edir! - Silahlı Qüvvələr Günü münasiəti ilə

 14:44 26.06.2020     5070

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi hər il ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

Ulu öndərin 1998-ci il may ayının 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.

Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.

“Az-Granata” MMC olaraq xalqımızı və Azərbaycan Silahlı Qüvvələrinin heyətini bu rəsmi bayram münasibətilə təbrik edirik. Arzu edirik ki, ölkəmizdə hər zaman sülh və əminəmanlıq olsun.