"Səhliyalı"dan Silahlı Qüvvələr Günü münasibəti ilə TƏBRİK

 15:49 26.06.2020     1315

1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan olunub. Artıq 18 ildir ki, 26 iyun Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunur.

"Səhliyalı" şirkəti Azərbaycan xalqını 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir. Regionda sülhün etibarlı dayağı və vətənimizin ərazi bütövlüyünün bərpasının təminatçısı olan Azərbaycan Ordusuna yeni zəfərlər arzu edir.