Silahlı Qüvvələr Günü münasibətilə ilə videoçarx hazırlandı - Gənclər Kitabxanası

 15:36 26.06.2020     563

Müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım idi.

Artıq 22  ildir ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. 

Redaktor.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fəaliyyət göstərdiyi uzun illər ərzində gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində həmişə çalışmış, bu sahəyə olan diqqətini bir an belə zəiflətməmişdir. Bu gün də gücləndirilmiş karantin rejimində kitabxana öz onlayn fəaliyyətini davam etdirir və biri – birindən maraqlı layihələr,video materiallar, virtual sərgilər və s. ilə istifadəçilərinin qarşısına çıxır. Bu müddət ərzində əməkdaşlarımız Milli qəhrəmanlar, Aprel döyüşlərində iştirak edən igid oğullarımız, ümumilikdə Dağlıq Qarabağ mövzusuna həsr olunmuş bir sıra materiallar hazırlayaraq gənclərimizin hərbi vətənpərvərlik ruhlarını daim yüksəltmişlər. 

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq kitabxana əməkdaşları bu mövzuda video çarxlar, kitab sərgiləri, Azərbaycan ordusunun təbliği məqsədilə bir sıra materiallar hazırlamışlar. Video çarxlarda Silahlı Qüvvələr Gününün keçdiyi tarix yolu, bu günün əhəmiyyəti haqda məlumat verilmişdir. Video çarxlarda müasir Azərbaycan ordusunun görüntüləri də yer almışdır. Hərbi vətənpərvərlik hisslərini tərənnüm edən bu video çarxlar sosial şəbəkə istifadəçilərimiz, xüsusilə də yeniyetmə və gənclər üçün öz dərin məzmunu və maraqlı məlumatları sayəsində çox faydalı olacaqdır. Müxtəlif dövrlərdə Azərbaycan ordusu, Azərbaycanın hərbi tarixinə dair nəşr edilən kitablardan ibarət təşkil olunan kitab sərgiləri istifadəçilərin xüsusi marağına səbəb olmuşdur. Respublika Gənclər Kitabxanasının sosial şəbəkə səhifələrinə yerləşdirdiyi hərbi vətənpərvərlik mövzusunda olan materiallar öz baxış sayına görə həmişə ön sıralarda olmuşlar.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq hazırlanan video çarxlara aşağıdakı linklər vasitəsilə baxa bilərlər.

http://ryl.az/multimedia.html 
https://www.instagram.com/p/CB3oOJfh31Z/
https://www.instagram.com/p/CB3iDqrhBHN/
https://www.facebook.com/100011349961279/videos/1442421306146188/?id=100011349961279
https://www.facebook.com/100011349961279/videos/1442309609490691/?id=100011349961279