SON DƏQİQƏ! Azərbaycanda məhkəmə hakimi koronavirusdan öldü - FOTO

 16:42 26.06.2020     943

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan vəfat edib.

Redaktor.az  xəbər verir ki, bu barədə mərhumun tələbə yoldaşı, deputat Fazil Mustafa məlumat verib. O qeyd edib ki, N.Məmmədov Astarada müalicə aldığı xəstəxanada vəfat edib.

55 yaşlı N.Məmmədov 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi idi. //Oxu.az