“Meqa Sığorta” Silahlı Qüvvələr Günü münasibəti ilə Xalqımızı TƏBRİK EDİR!

 19:10 26.06.2020     1379

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.

Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir.

“Meqa Sığorta” şirkəti xalqımızı 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, əsgər və zabitlərimizə xidmətdə uğurlar arzulayır.