Klinikalar koronavirus testi müayinələrini dayandırıb?

Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.
Redaktor.az “Marja.az” saytına istinadən xəbər verir ki, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır.
"Mən "İnci" laboratoriyasında, "Referans" klinikası və "Memorial Klinik", "Baku Medical Plaza", "Caspian İnternational Hospital" və "Bakı Sağlamlıq Mərkəzi"ndə olmuşam.
Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər", - deyə vətəndaşlardan biri bildirib.
Qeyd edək ki, yaxma nümunəsi götürülməklə aparılan müayinənin qiyməti 130 manat, qan müayinəsinin qiyməti isə 40 manat idi.