Şair Səlim Babullaoğlu koronavirusdan sağalıb

 19:55 27.06.2020     19465

Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusdan sağalıb. 

Redaktor.az-ın məlumatına görə, özü bu barədə “Facebook” hesabında paylaşım edib. 

S. Babullaoğlu qeyd edib ki, artıq evdədir: “Səhhətim, şükür Allaha, normaldır. Analiz neqativdir. Bərpa prosesi keçilməlidir. Bütün dostlara, həkimlərə təşəkkürlər”. 

Qeyd edək ki, iyunun 18-də şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (COVID-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən