Azərbaycanda koronavirusdan ölənlərin sayı 193 nəfərə çatıb

 18:04 27.06.2020     589

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 15 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib.

6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.