Mingəçevirdə maşının vurduğu piyada digər avtomobilə çırpılıb

 21:04 28.06.2020     3404

Mingəçevir şəhərinin Təbriz küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az-ın məlumatına görə, “VAZ 2107” markalı maşın 1977-ci il təvəllüdlü Mustafayev Sadiq Hacı oğlunu vuraraq yol kənarında dayanmış “Mercedes” markalı minik avtomobilinə çırpıb. 

Müxtəlif bədən xəsarətləri alan yaralı piyada xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən