Bakıda 32 yaşlı kişi bıçaqlandı

 00:26 29.06.2020     951

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü İbrahimov Afiq Malik oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarnının ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. A.İbrahimov cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən