KİV nümayəndələri üçün virtual foto sərgi - “Koronavirus 2”

Bir müddət öncə pandemiya dövründə fədakarlıqları ilə seçilən fotoqrafların karantin günlərində virusun yaratdığı fəsadları kameraların yaddaşına həkk etmələri ilə bağlı “Gilavar” Azərbaycan Foto Klubu fərqli sosial layihə ilə çıxış etmişdi. “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan foto klub “Koronavirus” adlı virtual foto sərgi hazırlamışdı. Sərgiyə olan maraq nəzərə alınaraq, layihənin davamı kimi “Koronavirus 2” adlı ikinci virtual sərgi ərsəyə gətirilib.
Redaktor.az xəbər verir ki, layihənin rəhbəri, fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu dəfə foto klub fərqli mövzuda virtual foto sərgi hazırlayıb:
"Virtual sərginin yaradılmasında məqsəd heç bir çətinliyə baxmayaraq, xəstəlik riskini gözə alaraq kadr arxasında qalan və peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtmaqdır. Eyni zamanda bu insanların zəhmətlərinə cüzi də olsa dəyər və dəstək verməkdir. İlk virtual sərgidən fərqli olaraq, bu sərgidə adi və sərt karantin günlərində yalnız iş başında olan media nümayəndələrinin fotoları sərgilənir".
Qeyd edək ki, virtual sərgidə 5 mətbuat katibi, 19 jurnalist, 19 fotoqraf və 12 video operatorun 55 şəxsi fotosu yer alıb.
Bu keçidlərə daxil olmaqla virtual sərgini ziyarət etmək, sərgilənən fotolara baxmaq və yaxud video formatda seyr etmək mümkündür:








