Azərbaycanda bu xidmət də DAYANDIRILDI! - Sabahdan etibarən....

 16:39 29.06.2020     1861

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sayının azalması ilə əlaqədar sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə bəzi elektrik qatarlarının hərəkətini müvəqqəti dayandıracaq. 

 ADY-dən Redaktor.az-a verilən məlumata görə, Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarları hərəkətdə olmayacaqlar.