Koronavirusa yoluxanların sayı 17 minə çatdı - Azərbaycan

Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 16 min 968 nəfər yoluxub.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.