Azərbaycanda şirkət direktoru axtarışa verilib

 12:25 30.06.2020     617

Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

Redaktor.az-ın xəbərinə görə, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib. 

Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.