Azərbaycanda koronavirusa yoluxanların SAYI BELƏ HESABLANIR...

 16:01 30.06.2020     2121

Azərbaycanda hər gün koronavirusla bağlı yoluxma və ölüm statistikası təqdim olunur. Bəs, bu nəticələr yalnız dövlət xəstəxanalarının test cavablarına əsasən hesablanır, yoxsa özəl xəstəxanalardan alınan cavablar da bu rəqəmlərə təsir edir?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, sistemə daxil olan bütün test nəticələri üzrə günlük yoluxma sayı hesablanır:

“İstər özəl, istərsə də dövlət xəstəxanalarında edilən testlər sistemə daxil olunur və bunun əsasında gündəlik yoluxma müəyyən edilir”.

Mahir Ələkbərov / Redaktor.az