Metro polisi axtarışda olan 23 nəfəri saxlayıb

 14:15 30.06.2020     545

Bakıda axtarışda olan 23 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində respublikanın daxili işlər orqanları tərəfindən borclu şəxs qismində axtarışda olan 23 nəfər tutulub.