Kamran Əliyev daha iki rayona yeni prokuror təyin etdi

 14:52 30.06.2020     261

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

K.Əliyevin digər əmri ilə Kamran Məmmədova isə Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.