Millət Vəkili: Xüsusi karantin rejimi uzadılmalıdır - HƏFTƏSONU QADAĞASI

 16:18 30.06.2020     2003

"İyulun 5-nə qədər yoluxma sayı azalmasa, xüsusi karantin rejimi uzadılmalı, karantin qaydaları isə daha da sərtləşdirilməlidir".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı xüsusi karantin rejiminin uzadılması ilə bağlı danışarkən deyib. O, insanların qaydalara əməl etməsinin vacibliyini vurğulayıb:

“Koronavirusla mübarizədə insanlar daha məsuliyyəli olmalı, Operativ Qərargahın müəyyən etmiş olduğu tələb və tövsiyyələrə əməl etməlidir.

Vətəndaşlar bütün bunlara əməl edərsə, qısa zamanda virusla mübarizədə qələbə qazana bilərik.

Amma bəzi vətəndaşlar qaydalara əməl etmək istəmir. Bu da hazırki vəziyyətin yaranmasına səbəb olub”.

Deputat sərt karantin rejiminin uzadıla biləcəyini qeyd edib:

“Təəssüf ki, bir neçə gündür yoluxma sayı 500-dən aşağı düşümür. Bu vəziyyətdə xüsusi karantin rejimi uzadılmalıdır. Çünki görünən odur ki, yoluxma sayı çoxalmağa doğru gedir. Bu baxımdan əgər iyulun 5-nə qədər yoluxma sayı azalmasa, xüsusi karantin rejimi uzadılmalı, karantin qaydaları isə daha da sərtləşdirilməlidir. Hətta vəziyyət yaxşılığa doğru getməsə, həftəsonu qadağaları da tətbiq edilə bilər. Amma hələ ki, 5-nə qədər gözləməkdə fayda var. Əgər vəziyyətin o həddə çatmasını istəmiriksə, Operativ Qərargahın istənilən qərarına əməl etməliyik". 

Mahir Ələkbərov / Redaktor.az   

Vumart və Güvən reklamı Vumart Güvən