Bərdədə ağac kəsən şəxs cəzalandırıldı

 17:23 30.06.2020     879

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Bərdə rayonu, Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1 435 manat məbləğində cərimə edilib.