Bakıda COVID-19-dan sağalaraq nəzarətə götürülən şəxslərin sayı açıqlandı

 21:18 30.06.2020     2092

“Ev şəraitində nəzarətdə olan şəxslərin statistikasının aparılmasına yeni başlanılıb”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Amma COVID-19 xəsətliyindən əziyyət çəkmiş şəxslər evə buraxıldıqdan sonra yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və Bakıətrafında qeydiyyatda olan 2 minə yaxın şəxs poliklinika nəzarətindədir”, - o bildirib.