Bakıda marketdən oğurluq edilib

Binəqədi rayonu ərazisində yerləşən “Al market”dən satıcının fikrini yayındırmaqla 338 manat dəyərində tütün məmulatları oğurlanıb.
Redaktor.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.