Bakıda taksi sürücüsü müştərini döydü - İnanılmaz qarət...

Bakıda taksidə müştəri qarət edilib.
Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək, mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayaıb.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb. //Oxu.az