Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

İyunun 19-da, saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini X.Cəfərov vurulub.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini R.Qasımov saxlanılıb.