Cəbhədə gərginlik baş verməsi xəbərləri ilə bağlı RƏSMİ AÇIQLAMA

 18:31 01.07.2020     1779

"Sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində guya vəziyyətin gərginləşməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, uydurma və həqiqətə uyğun olmayan məlumatdır". 

Redaktor.az xəbər verir ki, bunu "Oxu.az" saytının sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. 

Qeyd olunur ki, azırda cəbhə bölgəsində vəziyyət sabitdir. Bu kimi xəbərlər düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır.