Əli Əsədov: Karantin rejiminin yumşaldılması pozuntuları artıb

 21:16 01.07.2020     1097

“Karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunur”.

Redaktor.az-ın məlumatına görə, Baş nazir bunu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətin müzakirəsi üçün keçirilən videokonfransda deyib.

O bildirib ki, əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac var.