Lerikdə avtomobil dağdan aşıb, 3 nəfər ölüb

 09:41 02.07.2020     1188

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

Redaktor.az-ın verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.