SON DƏQİQƏ: Bəhram Bağırzadə ayılıb

 12:16 02.07.2020     546

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan və Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadə ayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

O, B. Bağırzadənin səhhətində qismən bərpa olunma baş verdiyini deyib.

Rəis müavini bununla belə, əməkdar artistin vəziyyətinin hələ də ağır olduğunu qeyd edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov dünən həkimlərin B. Bağırzadəni EKMO cihazından ayırdıqlarını bildirmişdi. //APA