Koronavirus sürətlə yayılır: Nəyi səhv etdik? - BİZİ GÖZLƏYƏN TƏHLÜKƏ...

 17:26 07.07.2020     11411

“Karonavirus epidemiyası ilə mübarizəyə başlanıldığı ilk gündən əhalinin virusa qarşı mübarizəyə nə dərəcədə hazır olub-olmadığı nəzrə alınmalı idi. Çünki koronavirus təkcə tibbi deyil, eyni zamanda böyük bir sosial məslədir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında sosioloq Əməd Qəşəmoğlu deyib. O, virusla mübarizədə marifləndirmə işlərinin önəmindən bəhs edib: 

“Əgər vaxtında düzgün işlər aparılsaydı, vəziyyət bu həddə gəlib çıxmazdı.

Biz sosioloqlara ən azı bir həftə vaxt verilməli idi ki, insanlar arasında araşdırma aparaq və öyrənək ki, əhalinin hansı hissəsi bu mübarizəyə hazırdır, buna inanır, hanssı hissəsi inanmır, əlehinə gedir və s.

Bunun qaydası bu idi. Amma bunu etmədik. Sadəcə olaraq dedik ki, əhali özünü yaxşı aparsın, məhdudiyyətlərə əməl etsin.

Birinci dəfə karantin rejimində ancaq məhdudiyyətlərdən danışdıq. Əhalini hazırlamaqdan danışmadıq, bu sahədə heç bir iş görülmədi.

Birdən-birə, heç bir hazırlıq olmadan yumşalma rejminə keçdik. Amma əhali hazır olmadan yumşalmaya getmək olmazdı. Əsas səhvi burada elədik".

Ucnoqta.az - Ölkə və dünya ilə bağlı xəbərlər

Sosioloq təcili olaraq bütün respubilka üzrə təşqivat qruplarının yaradılmasını və elmi metodlarla təbliğatların aparılmasının vacib olduğunu bildirib:

“Həmin təşviqat qrupları küçədə insnalara yaxınlaşıb maska taxılmasını, sosial məsafə qaydalarını və ümumilikdə virusun ciddiliyini izah etməlidir.

Həmçinin, bu işlər həm də elmi metodlarla aparılmalıdır. 150 ilə yaxındır Qərbdə onlarca elm sahəsi formalaşıb. Bunlardan sosiologiya, sosial iş, sosial idarə etmə, sosial psixoloqgiya və s.

Onlarla elm sahəsi var ki, insanlarla işləmək qaydalarını müəyyən edir. Amma təəssüf ki ölkəmizdə bu elm sahələri inkişaf etməyib. Çünki, həmişə bu sahələrə bir az dırnaq arası baxılıb. Hazırlanan mütəxəsislərin səviyyəsi arzu olunan səviyyədə deyil.

Amma hər bir halda əlimizdə olan kadrları bu səhəyə cəlb etməli, marifləndirmə işlərinə start verilməliyik. Əks halda gec olacaq”.

Ə. Qəşəmoğlu cərimələrin artırılmasının çözüm yolu olmadığını, insanları psixoloji və mənəvi olaraq buna hazır etməyin daha vacib olduğunu qeyd edib.

Mahir Ələkbərov / Redaktor.az