"İctimai" TV məşhur “Maska”nı Azərbaycana gətirir

 15:27 02.07.2020     882

"İctimai" TV Cənubi Koreya istehsalı olan, 4 il ərzində 50-dən çox ölkəyə ixrac olunmuş, ABŞ, Rusiya, Almaniya, Fransa daxil olmaqla 20-dən çox ölkədə yarım milyardlıq pərəstişkar ordusu toplamış “Maska”nı Azərbaycana gətirir.

Redaktor.az xəbər verir ki, bir neçə xarici layihələrin Azərbaycanda yayım hüququnu əldə edən "İctimai" TV  “The Masked Singer” musiqili televiziya şousunun adaptasiya olunması üçün formatın region üzrə lisenziya sahibi olan Böyük Britaniyanın “Fremantle” şirkəti ilə müqavilə imzalayıb.

Möhtəşəm və həyəcan doğuran “Maska” şousunda 12 tanınmış şəxs bir araya gələcək. Şou iştirakçılarının şəxsiyyətləri onlar üçün xüsusi olaraq hazırlanmış və tikilmiş kostyum və maskalar arxasında gizli saxlanılacaq.

Gələn il "İctimai" TV tamaşaçıları mövsümün ən böyük sirrini açmalı olacaqlar: maska arxasında kim gizlənir?