Əhaliyə koronavirusla bağlı daha bir XƏBƏRDARLIQ EDİLDİ

 21:09 03.07.2020     8393

“Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki, bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”.

Redaktor.az bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, diqqətli olunmasa vəziyyət ciddiləşə bilər: “Nə qədər ciddi karantin rejimi olsa da, xəstəxana sayı artsa da, vətəndaş məsuliyyəti olmadan virusun qarşısını almaq mümkün deyil. Ona görə də hamılıqla birlikdə vaksin tapılana qədər qoyulan qaydalara ciddi əməl edək”.

"Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdabda vəziyyət qənaətbəxşdir. Sarı zonaya daxil olan Salyan, Neftçala, Astara, İsmayıllı, Ağcabədi və Biləsuvar riskli rayonlar hesab edilir".