Zaqatalada qardaş qardaşı bıçaqlayıb

 09:13 04.07.2020     8525

Zaqatalada ağır cinayət hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan İsmayıl oğlu Abdullayev sağ boğaz nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

S. Abdullayevə lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir. 

Araşdırma zamanı məlum olub ki, S. Abdullayev özündən doqquz yaş böyük qardaşı Kənan Abdullayev ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahizə zamanı K. Abdullayev üzərində olan bıçaqla qardaşını bıçaqlayıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.