Prokurorluğun sosial media hesabları fəaliyyətə başladı

 19:10 06.07.2020     6025

Məlumat mübadiləsi zamanı sosial media vasitələri əhəmiyyətli rola malikdir. Sosial media hesabları vasitəsilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-biri ilə ünsiyyət qura bilirlər. Bu gün ən məşhur və aktiv sosial media vasitələrindən biri sosial şəbəkələr hesab edilir.

Redaktor.az xəbər verir ki, bu məqsədlə prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün "Facebook", "Instagram", "Twitter", "Youtube", "Telegram" və "Linkedin" sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib. Səhifələrdə daimi olaraq prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ şəkildə paylaşılacaq.

Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi məqsədilə işlər davam etdirilir.

Məlumatlandırıcı qısa videoçarx təqdim olunur.

Link: https://youtu.be/MgNjFYqUp7M