AzTV-nin koronavirusa yoluxan əməkdaşları ilə bağlı YENİ XƏBƏR

 14:15 07.07.2020     762

"Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) koronavirusa yoluxan əməkdaşlarının səhhəti yaxşılığa doğru gedir".

Bu barədə Redaktor.az-a AzTV Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib. O, kanalda yeni yoluxma faktının qeydə alınmadığını bildirib:

“Bu gün müalicə alan əməkdaşlarımızla danışmışam, vəziyyətləri yaxşıdır və demək olar ki, sağalıblar.

Fikrət Adıgözəlli və Rövşən Binnətli ilə danışa bilməsəm də, onların da səhhəti yaxşılığa doğru gedir", - deyə N. Rəfiyeva bildirib. 

Qeyd edək ki, AzTV-nin iki əməkdaşı COVID-19-dan dünyasını dəyişib.

Mahir Ələkbərov / Redaktor.az