İctimai nəqliyyatda sıxlıq: BNA nə iş görür?

 14:27 09.07.2020     26669

Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 4-dən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı qərarından sonra ictimai nəqliyyatda sıxlıq müşahidə olunur.

Bəs, bu sıxlığın aradan qaldırılması üçün hansısa addımlar atılırmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev sıxlığın qarşısının alınması məqsədi ilə BNA-nın mütəmadi monitorinqlər keçirdiyini bildirib:  

“Artıq iki gündür səhər və axşam saatlarında sıxlıqla bağlı nəzarət tədbirləri həyata keçirilir. Bu nəzarət həm əməkdaşlarımız, həm də kameralar tərəfindən aparılır. Müşahidələr sayəsində insanların daha çox hansı dayanacaqlarda olduğu müəyyən olunur və o istiqamətdə avtobusların sayı artırılır.

Məsələn, son iki-üç gündə aparılan təhlillər M2 xətti ilə bağlı tələbatın çox olduğunu göstərdi və həmin xətt üzrə əlava avtobuslar cəlb olundu.

Ümumiyyətlə, bizim bu təhlilərimiz ümumi olaraq aparılır və təlabat olduğu təqdirdə ekspress xəttlərə avtobuslar cəlb olunacaq”.

Mahir Xəttab / Redaktor.az