Bu şəxslərə 190 manat birdəfəlik ödəniş verilməyəcək - AÇIQLAMA

 13:55 09.07.2020     14319

Vətəndaşlar arasında bəzi insanlar qeydiyyatdan keçsə də, aprel-may aylarında verilən 190 manat birdəfəlik ödəmədən yararlana bilməyiblər. 

Bəs, həmin vətəndaşlar iyun ayında birdəfəlik ödəmədən yararlana biləcəklərmi? 

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Redaktor.az-a bildirib ki, aprel-may aylarında hansısa səbəbdən birdəfəlik ödəmə ala bilməyən vətəndaşlar iyun ayında da bu yardımı ala bilməyəcəklər:

"Birdəfəlik ödəmə üçün qeydiyyat, müraciətlərin qəbulu başa çatdığı üçün, əgər vətəndaşın aprel-may aylarında hansısa səbəbdən birdəfəlik ödəmə hüququ yaranmayıbsa, həmin şəxslər iyun ayında ödəmə ala bilməyəcəklər. Çünki yenidən qeydiyyat yoxdur. Amma həmin vətəndaşlara biz digər aktiv məşğulluq xidmətlərini məsləhət görə bilərik. Digər aktiv məşğulluq tədbirləri üçün məşğulluq mərkəzlərinə  müraciət edə bilərlər". 

Sevda Ulutau / Redaktor.az

Azmedia.az- Ölkə və dünya ilə bağlı xəbərlər