Daha iki rayonda karantin rejimi SƏRTLƏŞDİRİLDİ

 15:21 09.07.2020     9890

Xəbər verdiyimiz kimi, ötən gün Baş nazir Əli Əsədov Goranboy və Göygöl rayonlarının bütün ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verib.

Redaktor.az xəbər verir ki, digər şəhər və rayonlarla yanaşı, bu rayonlarda da xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə bağlı qərar verilib.

Goranboyun Dəliməmmədli şəhərində koronavirusun daha çox yayıldığı, polis postlarının qurulduğu bildirilir. Şəhərə rayonun başqa yerlərindən giriş-çıxış məhdudlaşdırılıb. Yoluxmanın daha çox həmin şəhəri əhatə etdiyi, bir neçə nəfərin isə koronavirus səbəbindən öldüyü bildirilir. //Sfera.az