SON DƏQİQƏ: Karantinə nəzarət edən polislər vəfat etdi - AZƏRBAYCAN

 16:25 09.07.2020     8139

“Karantinə nəzarət edən 3 əməkdaşımız koronavirus infeksiyasından dünyasını dəyişib”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. “Bu günə qədər 3 əməkdaşımız dünyasını dəyişib, hazırda bir neçə əməkdaşımız xəstəxanada müalicə alır, bir neçə şəxs də müalicələri bitdiyi üçün evə buraxılıb”.

Mahir Xəttab / Redaktor.az