Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olundu

 18:55 12.07.2020     6175

Bu gün daha 235 nəfər Rusiyadan Azərbaycana təxliyə olunub.

Redaktor.az xəbər verir ki, bu gün Moskvanın "Domodedovo" hava limanında 235 Azərbaycan vətəndaşı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Moskva-Bakı reysi ilə vətənə yola salınıb. 

Yerli vaxtla saat 16.00-da Moskvadan havaya qalxan təyyarə saat 20.00-da Bakının Heydər Əliyev adına Beynəlxalq Hava limanına enəcək. //APA