Ağdam kəndi minaatanlardan atəşə tutulub - Ordumuz hərəkətə keçdi...

 01:10 13.07.2020     2311

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür".