TƏBİB tibb bacısı məsələsinə aydınlıq gətirdi - Türkiyədən gələnlər kimdir?

 11:45 13.07.2020     2674

"Türkiyədən Azərbayacana həkimlər qrup halında dəvət olunub".

Bu sözləri Redaktor.az-a TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Türkiyədən Azərbaycana həkim əvəzinə tibb bacısı gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. 

“Koronavirusla mübarizə üçün ölkəyə dəvət olunan türkiyəli həkimlər öz tibb bacıları ilə gəlib. Yəni, xüsusi olaraq hansısa tibb bacısı dəvət olunmayıb.

Dəvət olunan həkimlər öz sahələri üzrə həm işləyəcək, həm də təlim keçəcək”, - deyə R. Əliyeva bildirib. 

Mahir Xəttab / Redaktor.az