SON DƏQİQƏ: Daha 529 nəfərdə koronavirsa yoluxub - 7 nəfər ölüb

 16:38 13.07.2020     2713

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 529 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 min 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.