Bakıda axtarışda olan qadın mənzildən oğurluq edib

 10:13 14.07.2020     817

Bakı şəhərində axtarışda olan qadın mənzil qarət edib.

Redaktor.az-ın məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgərov küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.