Bakıda 2 yaşlı uşaq eyvandan yıxılıb öldü

 10:31 14.07.2020     1082

Bakıda azyaşlı eyvandan yıxılıb ölüb.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, L.İmanov küçəsində baş verib. Həmin küçədəki mənzillərdən birində yaşayan 2018-ci il təvəllüdlü Murad Muradov yaşadığı mənzilin eyvanından yıxılıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq ölüb.

Faktla bağlı araşdırma aparılır. //Trend.az