Kişi keçmiş həyat yoldaşınıa xəsarət yetirib

 11:48 14.07.2020     2299

Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.

Redaktor.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü H. Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Q. B-nın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib.

Q. B  Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.