Ermənistan sərhəddə təxribat törətdi: Mülki şəxs öldü

 12:07 14.07.2020     4988

Ermənistanın Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində mülki şəxs həlak olub. 

Redaktor.az-ın məlumatına görə, "Oxu.Az"-ın təmas xəttində olan əməkdaşı xəbər verir ki, Ermənistanın artilleriya atəşləri nəticəsində Tovuzun Ağdam kəndinin sakini Əziz Əzizov vəfat edib. 

Mərmi onun yaşadığı evin həyətinə düşüb. 

Onun 70-dən yuxarı yaşı var idi.