NATO Minsk Qrupuna çağırış etdi

 19:45 14.07.2020     606

“NATO Azərbaycan-Ermənistan sərhədindəki ağır texnikanın tətbiq olunduğu və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyir”.

Redaktor.az xəbər verir ki, bunun Alyansın Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Facebook” səhifəsində yazıb.

"NATO Minsk Qrupunun həmsədrlərini tərəflər arasında gələcək eskalasiyanın qarşısını almaq üçün bütün lazımı tədbirləri görməyə çağırır", - NATO rəsmisi bildirib. //Report.az